Süni intellekt əsaslı “RDMİS AI” dəstək köməkçisi istifadəyə verilib

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət maliyyəsinin idarə edilməsi sahəsində rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müasir texnologiyalardan istifadənin təşviqi istiqamətində növbəti yenilik həyata keçirilib.

Belə ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində süni intellekt texnologiyalarına əsaslanan “RDMİS AI” adlı virtual dəstək köməkçisi istifadəyə verilib.

Yeni rəqəmsal həllin əsas məqsədi “e-müqavilə” altsistemindən istifadə edən dövlət qurumlarının, satınalan təşkilatların, təchizatçıların və digər istifadəçilərin məlumat əldə etmək imkanlarını genişləndirmək, yaranan sualların operativ cavablandırılmasını təmin etmək və elektron müqavilə proseslərinin daha rahat və səmərəli həyata keçirilməsinə dəstək göstərməkdir.

“RDMİS AI” dəstək köməkçisi vasitəsilə istifadəçilər “e-müqavilə” altsisteminin əhatə dairəsi, tətbiqi və elektron müqavilə proseslərinin hüquqi tənzimlənməsi ilə bağlı qanunvericiliyin müvafiq müddəalarına dair suallarına operativ cavab əldə edə bilərlər. Bununla yanaşı, altsistemin funksional imkanları, elektron müqavilələrin rəsmiləşdirilməsi və idarə olunması, eləcə də sistemdən istifadə qaydaları və mövcud istifadəçi təlimatlarında nəzərdə tutulan əməliyyatların icrası ilə bağlı zəruri məlumatların və izahların əldə edilməsi imkanı yaradılıb.

Süni intellekt əsaslı dəstək mexanizminin tətbiqi istifadəçilərin zəruri məlumatlara çıxışını asanlaşdırmaqla yanaşı, təkrarlanan müraciətlərin azalmasına, texniki və metodoloji dəstək proseslərinin optimallaşdırılmasına, habelə elektron müqavilə əməliyyatlarının daha operativ və səmərəli həyata keçirilməsinə xidmət edir.

“RDMİS AI” dəstək köməkçisinin istifadəçi təcrübəsi əsasında davamlı təkmilləşdirilməsi və funksional imkanlarının mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə sistemə daxil olan sorğuların, istifadə nəticələrinin və istifadəçi rəylərinin mütəmadi təhlili əsasında istifadəçilərin ehtiyaclarına uyğun yeni imkanların yaradılması planlaşdırılır. Yeni yanaşma süni intellekt əsaslı dəstək köməkçisinin real istifadə təcrübəsinə uyğun inkişaf etdirilməsinə və istifadəçilərə daha çevik və effektiv xidmət göstərilməsinə imkan verəcək.

Bu yenilik Maliyyə Nazirliyi tərəfindən dövlət maliyyəsinin idarə edilməsində innovativ texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və istifadəçiyönümlü, intellektual rəqəmsal maliyyə ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

SON XƏBƏRLƏR

Övladı olan şəxslər övladlığa uşaq götürə və ya himayədar ailə ola bilərmi?

Nurlan Ordubadlıdan - “Vətən” RƏVAYƏTİ

Ağdamda “Gələcəyin dövlət xidmətləri” ideya müsabiqəsi keçirilib

Məleykə Abbaszadə məzunlarla bağlı planı təsdiqlədi

Anar Bayramovu kollektivə Teymur Musayev təqdim etdi

Etirazlar Makronun Avropadakı mövqelərini zəiflədib

Xaricdə təhsil alan 700-dən çox məzunun ölkədə işləməsi üçün işlər gedir

AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək

Süni intellekt əsaslı “RDMİS AI” dəstək köməkçisi istifadəyə verilib

İİTKM-də “e-monitorinq” portalının “Layihə idarəetməsi” modulu üzrə təlimlər başa çatıb

Sabah leysan, dolu və qar yağacaq

ASA ilə Dövlət Vergi Xidməti arasında görüş keçirilib

DİN daha bir şəxsi həbs etdi

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Teymur Musayev Baş nazirin müavini təyin olundu

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər

Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı

BÜTÜN XƏBƏRLƏR