Övladı olan şəxslər övladlığa uşaq götürə və ya himayədar ailə ola bilərmi?

Şəxsin övladının olması onun övladlığa uşaq götürməsinə və ya himayədar valideyn olmasına maneə deyil. Bununla belə, həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməli, uşağın mənafeyi və ailənin maddi imkanları nəzərə alınmalıdır.

Belə ki, ailə üzvlərinin övladlığa götürüləcək uşaq da daxil olmaqla hər birinə düşən orta aylıq gəliri yaşayış minimumundan aşağı olmayan, həmçinin qanunvericilikdə müəyyən olunmuş yaş, sağlamlıq və s. ilə bağlı tələblərə cavab verən şəxslər öz uşaqlarının olub-olmamasına baxmayaraq övladlığa da uşaq götürə bilərlər.

Hər iki valideyni olan himayədar ailədə öz uşaqları da daxil olmaqla, uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə isə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz.

Qeyd edək ki, ötən dövrdə dövlət uşaq müəssisələrindən övladlığa və himayəyə götürülən uşaqlardan bir hissəsi də öz övladları olan ailələr tərəfindən övladlığa və himayəyə götürülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin şəxslərə aylıq sosial ödənişlər də təyin edilib.

SON XƏBƏRLƏR

DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı

Övladı olan şəxslər övladlığa uşaq götürə və ya himayədar ailə ola bilərmi?

Nurlan Ordubadlıdan - “Vətən” RƏVAYƏTİ

Ağdamda “Gələcəyin dövlət xidmətləri” ideya müsabiqəsi keçirilib

Məleykə Abbaszadə məzunlarla bağlı planı təsdiqlədi

Anar Bayramovu kollektivə Teymur Musayev təqdim etdi

Etirazlar Makronun Avropadakı mövqelərini zəiflədib

Xaricdə təhsil alan 700-dən çox məzunun ölkədə işləməsi üçün işlər gedir

AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək

Süni intellekt əsaslı “RDMİS AI” dəstək köməkçisi istifadəyə verilib

İİTKM-də “e-monitorinq” portalının “Layihə idarəetməsi” modulu üzrə təlimlər başa çatıb

Sabah leysan, dolu və qar yağacaq

ASA ilə Dövlət Vergi Xidməti arasında görüş keçirilib

DİN daha bir şəxsi həbs etdi

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Teymur Musayev Baş nazirin müavini təyin olundu

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər

BÜTÜN XƏBƏRLƏR