Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı

“Azərbaycan Tibb Universitetinin Jurnalı”nın 2026-cı il üzrə üçüncü nömrəsi hazırlanıb. Yeni buraxılışda tibbin doqquz istiqaməti üzrə elmi məqalələr, aktual tədqiqatların nəticələri və beynəlxalq elmi əməkdaşlığın nümunəsi olan araşdırmalar təqdim edilir. 

Jurnalın yeni sayında tibb, ictimai səhiyyə, əczaçılıq, ümumi cərrahiyyə, urologiya, pediatriya, patofiziologiya, anatomiya və histologiya sahələrini əhatə edən elmi işlər yer alıb. Məqalələr tibbin müxtəlif istiqamətlərində aparılan tədqiqatların nəticələrini elmi ictimaiyyətin diqqətinə çatdırır. 

Buraxılışın əsas diqqətçəkən araşdırmalarından biri Türkiyənin Ege Universitetinin Biokimya kafedrası və Təbiət elmləri fakültəsinin professoru Aziz Eftekharinin rəhbərlik etdiyi elmi qrupun solid şişlərin müalicəsində yeni texnologiyaların tətbiqinə həsr olunmuş tədqiqatıdır. Araşdırmanın jurnalda yer alması onkologiyada innovativ müalicə yanaşmalarının və müasir texnologiyaların tətbiqi perspektivlərinin elmi müzakirəsi baxımından xüsusi maraq doğurur.

Xatırladaq ki, “Azərbaycan Tibb Universitetinin Jurnalı” Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxildir və “Google Scholar” və EBSCO beynəlxalq elmi informasiya platformalarında indeksləşdirilir. Jurnalın elektron beynəlxalq standart seriya nömrəsi (e-ISSN) 2788-9807-dir. Məqalələrə rəqəmsal obyekt identifikatorunun (DOI) verilməsi onların elektron mühitdə tanınmasını və elmi istinad sistemlərində izlənilməsini asanlaşdırır. 

Nəşrə təqdim olunan məqalələr antiplagiat yoxlamasından keçirilir və elmi rəy proseduru əsasında qiymətləndirilir. Qəbul edilən materiallar jurnalın rəsmi internet səhifəsində yerləşdirilir və PDF formatında oxucuların istifadəsinə verilir. 

Jurnalın 2026-cı il üzrə üçüncü nömrəsi ilə "www.atuj.az" (//www.atuj.az/) internet səhifəsində tanış olmaq mümkündür. Müəlliflər üçün məqalələrin hazırlanması, təqdim edilməsi və nəşrə qəbulu qaydaları ilə daha ətraflı saytda tanış olmaq olar. 

SON XƏBƏRLƏR

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər

Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı

Gəncədə YAP-ın Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

Nazirlikdə Özbəkistan nümayəndə heyəti ilə görüş olub

Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam

Marsol Group partnyorları Azərbaycanın Yaponiyadakı səfirliyində olublar

Bakıda keçirilən NATO təlimi başa çatıb

Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

BƏƏ nümayəndə heyəti ölkəmizə səfər edib

DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd olundu

Metrodan istifadə edənlər azalıb

Aslan Abbaszadə Vüqar Zifəroğlunu təbrik edib

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

“Könüllü Media Məktəbi” layihəsinə start verilib

Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Təltiflərindən məhrum edilməsi təklif olundu

Bu gün Füzuli Şəhəri Günüdür

Yeni prorektor təyin edildi

AQEM çərçivəsində nəqliyyat, rəqəmsallaşma və iqtisadi inkişaf perspektivləri

BÜTÜN XƏBƏRLƏR