“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

“AzerGold” QSC 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı” – “Rebuild Garabagh” sərgisində xüsusi stendlə təmsil olunub.

Stenddə Cəmiyyətin 10 illik inkişaf yolu, əsas nailiyyətləri, ölkə iqtisadiyyatına verdiyi töhfələr və gələcək inkişaf istiqamətləri təqdim edilib. Həmçinin, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işləri, ərazilərin mineral-xammal potensialının öyrənilməsi və hasilat zonalarında həyata keçirilən sosial layihələr barədə məlumat verilib.

Sərgi çərçivəsində ziyarətçilərə ilk dəfə virtual reallıq (VR) texnologiyası vasitəsilə Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) virtual səyahət imkanı yaradılıb. İştirakçılar mədən işlərindən qızıl-gümüş xəlitəsinin əldə edilməsinədək istehsal prosesinin əsas mərhələləri ilə tanış olublar. Yekun mərhələdə ərsəyə gətirilmiş sənaye məhsulu - qızıl-gümüş xəlitəsi də stenddə əyani şəkildə nümayiş etdirilib.

Stenddə “AzerGold” QSC-nin satış portfelinə daxil olan qızıl və gümüş məhsulları, eləcə də Azərbaycanın tarixi və mədəni irsini əks etdirən sikkə kolleksiyaları sərgilənib. Nümayiş olunan nümunələr arasında Qarabağ kolleksiyasının yeni məhsulu – Kəlbəcərin tarixi və mədəni irsinə həsr edilmiş qızıl və gümüş sikkələr xüsusi yer tutub. Kolleksiya sərgi çərçivəsində ilk dəfə ictimaiyyətə təqdim olunub.

Bununla yanaşı, rəqəmsal və audiovizual materiallar, interaktiv təqdimatlar, broşür və kataloqlar vasitəsilə ziyarətçilərə Cəmiyyətin istehsal fəaliyyəti, strateji layihələri və məhsulları barədə ətraflı məlumat çatdırılıb. Təqdimatlar “AzerGold” QSC-nin ölkənin dağ-mədən sənayesinin inkişafındakı rolunu və mineral ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti əks etdirib.

SON XƏBƏRLƏR

DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd olundu

Metrodan istifadə edənlər azalıb

Aslan Abbaszadə Vüqar Zifəroğlunu təbrik edib

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

“Könüllü Media Məktəbi” layihəsinə start verilib

Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Təltiflərindən məhrum edilməsi təklif olundu

Bu gün Füzuli Şəhəri Günüdür

Yeni prorektor təyin edildi

AQEM çərçivəsində nəqliyyat, rəqəmsallaşma və iqtisadi inkişaf perspektivləri

AQTA sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə!

Azərbaycanda Yaşıl Kart sığortası verən 6 şirkətin adı açıqlanıb

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Hərbçilərin pensiya təyinatında - Yenilik

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

BÜTÜN XƏBƏRLƏR