
Etirazlar Makronun Avropadakı mövqelərini zəiflədib
Fransada ötən həftəsonu iğtişaşlara çevrilən etiraz aksiyaları Prezident Emmanuel Makronun Avropa Şurasındakı mövqelərini zəiflədib.
Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrə danışan, adı açıqlanmayan Avropa İttifaqı diplomatı bildirib ki, Fransadakı hadisələr Makronun fəaliyyət imkanlarını məhdudlaşdırır.
“Bu, sadəcə olaraq, onun hərəkət imkanlarını məhdudlaşdırır”, - deyə diplomat qeyd edib.
Xatırladaq ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransanın Daxili İşlər Nazirliyi isə iştirakçıların sayının 550 min olduğunu açıqlayıb. Bu göstərici hüquq-mühafizə orqanlarının analitiklərinin proqnozlarından iki dəfə çox olub. Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Fransanın daxili işlər naziri Loran Nunes ölkə üzrə 2 mindən çox şəxsin saxlanıldığını bildirib. O, dağıntılarda və qarətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





