"Twitter" mikrobloqundan ən aktiv istifadə edən dövlət qurumlarının ilk onluğu bəlli olub.

Gazette xəbər verir ki, bu barədə Baş nazirin katibliyinin rəisi Ərəstü Həbibbəyli öz "Twitter" səhifəsində məlumat verib.

Siyahının ilk pilləsində Xarici İşlər Nazirliyi dayanır. Diaspor Komitəsi ikinci, Təhsil Nazirliyi isə üçüncü sırada qərarlaşıb. Onluqda digər yerləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi tutur.