Bu gündən Trans Adriatik Boru Kəməri (TAP) konsorsiumu layihənin İtaliya hissəsində fəal inşaat işlərinə başlayıb.

Gazette xəbər verir ki, bu barədə CBC-yə müsahibəsində SOCAR-ın İnvestisiya və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov məlumat verib. O, bildirib ki, Cənub Qaz Dəhlizi, eləcə də onun tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri keçdiyi ölkələrin, o cümlədən İtaliyanın iqtisadiyyatına böyük töhfə verir.

Vitali Bəylərbəyov: "Trans Anadolu Boru Kəməri 2019-cu ilin sonunda mavi yanacağı TAP kəməri ilə birləşmə nöqtəsinə çatdırmağa hazır olacaq. Bu isə TANAP layihəsində işlərin qrafika üzrə getməsi bunu deməyə əsas verir".

Cənub Qaz Dəhlizinin coğrafiyasının genişlənməsi məsələsinə gəlincə SOCAR rəsmisi bildirir ki, bu layihəyə lazımı qaz ehtiyatı olan istənilən ölkə, şirkət qoşula bilər.