Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali ilə görüş keçirib.

Görüşdə Azərbaycanın dayanıqlı şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bu xüsusda IDEA İctimai Birliyinin şəhər mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji maarifləndirməyə yönəlmiş layihə və təşəbbüsləri diqqətə çatdırılıb.

Müzakirələr çərçivəsində sahilyanı şəhərlərin iqlim dayanıqlılığının gücləndirilməsi, müvafiq risklərin qiymətləndirilməsi və şəhərsalma kontekstində ekoloji amillərin nəzərə alınmasının vacibliyi vurğulanıb.

Bundan əlavə, IDEA İctimai Birliyi və UN-Habitat arasında şəhərlərin yaşıllaşdırılması, dayanıqlı yaşayış mühitinin formalaşdırılması və iqlim dəyişmələrinə uyğunlaşma sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Bu istiqamətdə IDEA İctimai Birliyi və UN-Habitat tərəfindən birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına toxunulub.

X X X

Leyla Əliyeva noyabrın 12-də, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Baş katibi Celeste Saulo ilə görüş keçirib.

Görüşdə iqlim dəyişmələrinin təsirlərinin qiymətləndirilməsi, meteoroloji müşahidələrin təkmilləşdirilməsi və elmi məlumatlardan səmərəli istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda Azərbaycanda iqlim monitorinqinin gücləndirilməsi, müasir texnologiyaların tətbiqi, eləcə də iqlim hadisələri ilə bağlı erkən xəbərdarlıq sistemlərinin inkişafının əhəmiyyəti qeyd olunub.

Müzakirələr çərçivəsində Xəzər dənizinin səviyyəsində müşahidə olunan dəyişikliklərin elmi baxımdan öyrənilməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub. Xüsusilə dənizin səviyyəsindəki dəyişikliklərin daha dərindən araşdırılması məqsədilə uzunmüddətli iqlim müşahidələrinin, meteoroloji məlumatların və külək rejiminə dair göstəricilərin birgə təhlili perspektivləri müzakirə edilib.

Bundan əlavə, Azərbaycanda gənc tədqiqatçıların iqlim araşdırmaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq elmi təcrübə mübadiləsi və müvafiq təlim proqramlarının təşkili istiqamətində IDEA İctimai Birliyi və WMO-nun əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,9 faiz artıb

Səhiyyə Nazirliyi qəzalı xəstəxana ilə bağlı AÇIQLAMA YAYDI

Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib

Prezident Dublində Moldova Prezidenti ilə görüşüb

Ulu Öndər Heydər Əliyev siyasi irsi və Azərbaycan Konstitusiyasının tarixi missiyası

Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi

Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötüb

Niyazi Bayramov növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

Öhdəlik daşıyan şəxslər üçün təlim keçirilib

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

MTK-ların böyük oyunu: Yeni tikililərdəki bu təhlükənin səbəbi nədir?

Parklanma haqqı ilə bağlı kiberdələduzluq təhlükəsi!

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

BÜTÜN XƏBƏRLƏR