Mərkəzi Gömrük Hospitalı Onlayn Şəxsi Kabinet xidmətini təqdim edir

Mərkəzi Gömrük Hospitalı pasiyentlərin tibbi xidmətlərdən daha rahat və operativ yararlanması məqsədilə Onlayn Şəxsi Kabinet xidmətini təqdim edir.

Xidmət vasitəsilə pasiyentlər laborator analizlərin və radioloji müayinələrin nəticələrini Onlayn Şəxsi Kabinet xidmətlərindən istifadə etməklə əldə edə bilərlər. Onlayn Şəxsi Kabinetdən yararlanmaq üçün pasiyentlər Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsinə daxil olaraq “Onlayn Şəxsi Kabinet” bölməsini seçməlidirlər.

Sistemə giriş zamanı L-kart nömrəsi, doğum tarixi və təhlükəsizlik kodu daxil edilir. Giriş həyata keçirildikdən sonra pasiyent kabinetdə laborator analiz nəticələrinə və radioloji müayinələrin cavablarına baxa və onları əldə edə bilər.

L-kart nömrəsi necə əldə edilir?

Onlayn Şəxsi Kabinetə giriş üçün tələb olunan L-kart nömrəsi Mərkəzi Gömrük Hospitalının Qeydiyyat şöbəsindən əldə edilə bilər.

Pasiyentlərin xidmətdən daha rahat istifadə etməsi üçün Onlayn Şəxsi Kabinetin istifadə qaydalarını ətraflı izah edən videobələdçi  təqdim edilir. Videoda sistemə giriş, kabinetdən istifadə və müayinə nəticələrinin onlayn əldə edilməsi mərhələləri ardıcıl şəkildə nümayiş etdirilir.

Onlayn xidmətlə bağlı hər hansı sual və ya texniki çətinlik yarandıqda pasiyentlər (012) 404 08 08 nömrəsi ilə Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Mərkəzi Gömrük Hospitalı pasiyentlərin rahatlığının təmin edilməsi, tibbi xidmətlərin əlçatanlığının artırılması və rəqəmsal səhiyyə imkanlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

SON XƏBƏRLƏR

DİN daha bir şəxsi həbs etdi

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Teymur Musayev Baş nazirin müavini təyin olundu

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər

Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı

Gəncədə YAP-ın Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

Nazirlikdə Özbəkistan nümayəndə heyəti ilə görüş olub

Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam

Marsol Group partnyorları Azərbaycanın Yaponiyadakı səfirliyində olublar

Bakıda keçirilən NATO təlimi başa çatıb

Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

BƏƏ nümayəndə heyəti ölkəmizə səfər edib

DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd olundu

Metrodan istifadə edənlər azalıb

Aslan Abbaszadə Vüqar Zifəroğlunu təbrik edib

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

BÜTÜN XƏBƏRLƏR