Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

TƏBİB tərəfindən vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və vərəm xəstəliyi ilə mübarizənin gücləndirilməsi istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov poliklinikanın şəraiti ilə tanış olublar.

Tibb müəssisəsinin fəaliyyətində əsas məqsəd sağlam şəxslərdə vərəmə yoluxma riskinin qarşısının alınması, ağciyər və ağciyərdənkənar vərəmli xəstələrdə cərrahi müalicəyə zərurət yarandığı hallarda çoxprofilli yardımın göstərilməsi və vərəmin müalicəsi zamanı yaranan çətinliklərin aradan qaldırılmasıdır.

Poliklinikada pulmanoloq, ftiziatr, terapevt, pediatr, kardioloq, nevroloq, cərrah və digər ixtisaslı həkimlər fəaliyyət göstərir. Uşaqlar arasında vərəm və digər tənəffüs sistemi xəstəliklərinin erkən diaqnostikası, müalicə və müşahidəsi üçün əlavə şöbə də mövcuddur.

Tibb müəssisəsində rentgen və ultrasəs müayinələri, spirometriya, bronxoskopiya, elektrokardioqrafiya, elektroensefaloqrafiya, audiometriya, eləcə də müasir laborator-molekulyar-genetik analizlər vasitəsilə xəstəliklərin vaxtında üzə çıxarılması və düzgün diaqnostikası üçün geniş şərait yaradılıb.

Tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi və funksional bərpası məqsədilə fizioterapiya şöbəsi də fəaliyyət göstərir. Vərəm xəstələrinin ambulator müalicəsi və dispanser nəzarəti ilə yanaşı, müalicə rejiminə əməl olunmasını təmin etmək üçün video nəzarətli terapiya imkanı da mövcuddur.

Müasir tibbi infrastruktur, ixtisaslı kadr potensialı və geniş diaqnostik imkanlarla təchiz edilmiş poliklinika əhalinin sağlamlığının qorunmasına və ölkədə vərəmlə mübarizə tədbirlərinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək.

SON XƏBƏRLƏR

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi keçirilib

ETSN-də qanvermə aksiyası keçirilib

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" nəticələri açıqlandı

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

BÜTÜN XƏBƏRLƏR