Marsol Group partnyorları Azərbaycanın Yaponiyadakı səfirliyində olublar

Yaponiyada səfərdə olan Marsol Group partnyorları Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovla görüş keçiriblər.

Görüş zamanı Azərbaycan şirkətlərinin Yaponiya bazarına çıxış imkanları, iki ölkə arasında iqtisadi və biznes əlaqələrinin inkişaf perspektivləri, eləcə də sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Cənab səfir Fərid Talıbov Azərbaycan şirkətlərinin Yaponiya bazarında fəaliyyət imkanları və işgüzar əlaqələrin inkişafı ilə bağlı dəyərli tövsiyələrini bölüşüb.

İCMA İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxışında İCMA və Marsol Group-un fəaliyyəti, sahibkarlıq ekosisteminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər, həmçinin Azərbaycan və Yaponiya arasında qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi potensialı barədə məlumat verib.

Görüşdə iştirak edən sahibkarlar da öz fəaliyyət istiqamətlərini təqdim edərək Yaponiyada mövcud biznes imkanları, potensial tərəfdaşlıqlar və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Səmərəli müzakirələrlə yadda qalan görüş Azərbaycan və Yaponiya arasında işgüzar münasibətlərin inkişafı, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyət daşıyıb.

Görüşün sonunda Marsol Group və İCMA adından cənab səfir Fərid Talıbova xatirə hədiyyəsi təqdim olunub.

SON XƏBƏRLƏR

Marsol Group partnyorları Azərbaycanın Yaponiyadakı səfirliyində olublar

Bakıda keçirilən NATO təlimi başa çatıb

Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

BƏƏ nümayəndə heyəti ölkəmizə səfər edib

DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd olundu

Metrodan istifadə edənlər azalıb

Aslan Abbaszadə Vüqar Zifəroğlunu təbrik edib

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

“Könüllü Media Məktəbi” layihəsinə start verilib

Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Təltiflərindən məhrum edilməsi təklif olundu

Bu gün Füzuli Şəhəri Günüdür

Yeni prorektor təyin edildi

AQEM çərçivəsində nəqliyyat, rəqəmsallaşma və iqtisadi inkişaf perspektivləri

AQTA sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə!

Azərbaycanda Yaşıl Kart sığortası verən 6 şirkətin adı açıqlanıb

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

BÜTÜN XƏBƏRLƏR