
Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov hakim vəzifəsinə yeni təyin edilmiş vəkillərlə görüş keçirib və onları təltif edilib.
Görüş zamanı Kollegiyanın sədri yeni təyin olunmuş hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Anar Bağırov son illər məhkəmə sistemində vəkillik institutunun rolunun və vəkillərin peşəkar potensialının artmasına diqqət çəkib. Sədr Prezident İlham Əliyevin 10 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında Kollegiyanın 8 üzvünün də yer aldığını bildirib. Bunun yüksək göstərici olduğunu qeyd edən sədr vəkillik institutunun ölkənin məhkəmə sistemi üçün də etibarlı və peşəkar kadr mənbələrindən birinə çevrildiyini xatırladıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





