
“Finca Azerbaijan” Ağdaşda Heyva Festivalında iştirak edib
7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərinin Heydər Əliyev meydanında Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2-ci mövsüm “Heyva Festivalı” keçirilib.
Festivalda “Finca Azerbaijan” da iştirak edib. Şirkət tədbir çərçivəsində öz fəaliyyətini təqdim edib, ziyarətçilərlə görüşərək xidmətləri və maliyyə imkanları barədə ətraflı məlumat verib.
Festival yerli sahibkarların, istehsalçıların və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin bir araya gəlməsi, öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb. “Finca Azerbaijan”ın tədbirdə iştirakı da şirkətin ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi və potensial müştərilərlə birbaşa ünsiyyət qurması baxımından diqqət çəkib.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin deputatları Sahib Alıyev və Məzahir Əfəndiyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, müxtəlif dövlət qurumlarının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Festivalda, həmçinin media təmsilçiləri, sosial media fenomenləri, tanınmış blogerlər və çoxsaylı qonaqlar yer alıblar.
Qeyd edək ki, festivalın əsas məqsədi Ağdaş rayonunun aqrar potensialını, yerli məhsullarını və turizm imkanlarını tanıtmaq, fermer və sahibkarlar arasında əməkdaşlığı genişləndirmək olub. Tədbir çərçivəsində müxtəlif məhsullar nümayiş etdirilib, iştirakçılar üçün təqdimatlar və tanıtım imkanları yaradılıb.







ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





