Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir

Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatların uğurla davam etdirilməsi ordumuzu daha qüdrətli və yenilməz edir.

Müdafiə Nazirlyiindən verilən məlumata görə, bu barədə Azərbaycan Respublikası müdafiə nazirinin 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikindən qeyd olunub.

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi böyük qürur hissi və təntənə ilə qeyd etdiyimiz 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri sayəsində respublikamızın müstəqilliyinin, suverenliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlıq yaradılaraq ordumuz nizami ordu kimi formalaşmış və hərbi quruculuq məsələləri prioritet məsələ kimi daima önə çəkilmişdir.

Ulu Öndərin qurtuluşdan başlanan Zəfər yolu və inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 8 Noyabr – Zəfər Günü Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatların uğurla davam etdirilməsi ordumuzu daha qüdrətli və yenilməz edir.

Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinə böyük töhfədir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları, antiterror tədbirləri nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağının əzəmətlə və qürurla dalğalandığı işğaldan azad edilən ərazilərdə rəşadətli Azərbaycan Ordusu bərpa-quruculuq işlərinin əmin-amanlıq şəraitində həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 8 Noyabr – Zəfər Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram".

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır

Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu

Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir

Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib

Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Daha iki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib

“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib

Silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də

Zəfər Günü 4 şəhərdə yürüş olacaq

Ağdaşda Heyva festivalında ziyarətçiləri maraqlı təqdimatlar gözləyir

ETKİ rəhbərliyi Zəfər Günü münasibətilə ağacəkmə aksiyasında iştirak edib

6 Noyabr - Azərbaycan Televiziyası və Radiosu Günüdür

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib

BÜTÜN XƏBƏRLƏR