Dənizdən dağlara, şəhərlərdən Zəfər zirvələrinə – Azərbaycan bayrağı

Hər bir xalqın tarixini, milli kimliyini və dövlətçilik ənənələrini özündə yaşadan rəmzləri var. Azərbaycan xalqı üçün bu müqəddəs rəmzlərdən biri, bəlkə də ən başlıcası üçrəngli Dövlət Bayrağımızdır.

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu tarix xalqımızın milli dövlətçilik düşüncəsinin, müstəqillik idealının və azadlıq istəyinin simvoluna çevrilib.

Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. Bayrağın üzərindəki mavi, qırmızı və yaşıl rənglər milli kimliyimizi, müasir dövlətçilik və inkişaf yolumuzu ifadə edən mühüm mənalar daşıyır. Aypara və səkkizguşəli ulduz isə bayrağımızın ayrılmaz rəmzləridir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız müəyyən müddət dövlət bayrağı kimi istifadə olunmasa da, xalqın yaddaşından heç vaxt silinmədi. Müstəqilliyin bərpasından sonra, 1991-ci il noyabrın 18-də üçrəngli bayraq Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi yenidən qəbul edildi.

Bu gün Azərbaycan bayrağı ölkənin bütün guşələrində dalğalanır. Dövlət qurumlarının qarşısında, şəhər və rayonlarımızda, beynəlxalq tədbirlərdə və Azərbaycanın sərhədlərindən kənarda ölkəmizi təmsil edən hər bir məkanda üçrəngli bayrağımız xalqımızın milli kimliyini nümayiş etdirir.

Bayrağın Azərbaycan xalqı üçün mənası xüsusilə Vətən müharibəsindən sonra daha da dərinləşib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə yenidən ucaldıldı. Xankəndidə, Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında və digər şəhər və rayonlarımızda bayrağımızın dalğalanması xalqımız üçün uzun illər gözlənilən tarixi anlara çevrildi.

2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə üçrəngli bayrağımız ölkənin bütün ərazisində dalğalanmağa başladı. Bu, Azərbaycan dövlətçiliyi tarixində mühüm mərhələlərdən biri olmaqla yanaşı, bayrağın daşıdığı milli qürur və Zəfər duyğusunu daha da gücləndirdi.

Bu gün üçrəngli bayraq yalnız dövlət rəmzi deyil. O, Azərbaycanın müstəqilliyinin, suverenliyinin, milli birliyinin və azadlıq iradəsinin ifadəsidir. Bayrağımıza göstərilən ehtiram həm də Vətənə, dövlətə və xalqımızın tarixinə olan münasibətin göstəricisidir.

9 Noyabr münasibətilə hər bir azərbaycanlının qəlbində eyni duyğu yaşanır: qürur. Çünki bu bayraq xalqımızın keçmişini, bu gününü və gələcəyə olan inamını özündə birləşdirir.

Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın!

Dövlət Bayrağı Günümüz mübarək!

Aslan Abbaszadə
FaktorNews xəbər portalının təsisçisi və baş redaktoru

SON XƏBƏRLƏR

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

BDYPİ xəbərdarlıq etdi

BIAF-2006 festivalının gözəl ab-havası var

Dənizdən dağlara, şəhərlərdən Zəfər zirvələrinə – Azərbaycan bayrağı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

FAYDA İş Platforması Ağdaşda keçirilən Heyva Festivalında iştirak edib

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır

Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu

Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir

Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib

Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Daha iki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib

“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib

Silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

BÜTÜN XƏBƏRLƏR