
“166 Yük və Logistika” Heyva Festivalının rəsmi tərəfdaşı olub
7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərinin Heydər Əliyev meydanında Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2-ci mövsüm “Heyva Festivalı” keçirilib.
Gazette.az xəbər verir ki, festivalın rəsmi tərəfdaşı “166 Yük və Logistika” şirkəti olub. Şirkət tədbirdə iştirak edərək ziyarətçilərə fəaliyyəti, təqdim etdiyi yükdaşıma və logistika xidmətləri barədə ətraflı məlumat verib.
Festival çərçivəsində müxtəlif şirkət və qurumların nümayəndələri öz fəaliyyətlərini təqdim edib, yerli məhsullar nümayiş etdirilib. “166 Yük və Logistika”nın festivalda iştirakı şirkətin regionlarda keçirilən sosial, iqtisadi və ictimai əhəmiyyətli tədbirlərə dəstəyinin nümayişi baxımından diqqət çəkib.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin deputatları Sahib Alıyev və Məzahir Əfəndiyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, Mərkəzin təlimçi və benefisiarları, müxtəlif dövlət qurumlarının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Festivalda, həmçinin media nümayəndələri, sosial media fenomenləri, tanınmış blogerlər və çoxsaylı qonaqlar iştirak edib.
Tədbirin əsas məqsədlərindən biri Ağdaş rayonunun kənd təsərrüfatı potensialının, xüsusilə heyva istehsalının və yerli məhsulların geniş ictimaiyyətə tanıdılması, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsi, eləcə də rayonun turizm imkanlarının təşviq edilməsi olub.
Festival ziyarətçilər üçün müxtəlif təqdimatlar, məhsul sərgisi və digər tədbirlərlə yadda qalıb.
“166 Yük və Logistika” şirkətinin festivalın rəsmi tərəfdaşı qismində iştirakı isə tədbirdə biznes sektorunun təmsilçiliyini daha da genişləndirib. Şirkət festival iştirakçıları ilə birbaşa ünsiyyət quraraq öz xidmətləri barədə məlumatlandırma aparıb və logistika sahəsində fəaliyyət istiqamətlərini təqdim edib.




ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





