Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? - Açıqlama

"Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilməsi ilə bağlı məlumatın heç bir hüquqi əsası yoxdur".

Gazette.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 23.8-ci maddəsinə əsasən test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və "Dövlət qulluğu sertifikatı"nın verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək:

"Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanında sözügedən Qaydaların hazırlanması üçün beş ay müddət müəyyən edilib.

Test imtahanının məzmunu ilə bağlı məsələlər müəyyən edildikdən sonra həmin Qaydalarda öz əksini tapacaq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, mətbuatda mövcud imtahan proqramında yer alan informatika və Azərbaycan dili fənləri ləğv olunacağı və onların əvəzinə imtahan siyahısına emosional intellekt fənni əlavə ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

SON XƏBƏRLƏR

Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? - Açıqlama

Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

Sabah külək güclənəcək - Xəbərdarlıq

ADRA-da müfəttişlər üçün ünsiyyət və stresədavamlılıq üzrə təlim keçirilib

Ağdaşda gənclərə xaricdə təhsil imkanları barədə məlumat verilib

Fuad Muradovun müavinlərinin sayı artırıldı - Fərman

Azərbaycanda 2364 reklam qurğusu sökülüb

“Rəqəmsal Media Ayı” çərçivəsində növbəti şəbəkələşmə görüşü keçirilib

Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək - PROQNOZ

Heç bir şikayəti yox idi, qəfil öldü – Kardioloqdan həyati xəbərdarlıqlar - MÜSAHİBƏ

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

91 mənzil kirayə yolu ilə satışa çıxarılır - Aylıq ödəniş 419 manatdan başlayır

Pirotexniki vasitələr aşkar edilib

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

Kart məlumatlarımız oğurlana bilər - Avtobuslarla bağlı təhlükə

Aysun İsmayılova xəstəliyə tutuldu

Sabah da güclü külək əsəcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR