Ağdaşda gənclərə xaricdə təhsil imkanları barədə məlumat verilib

Ağdaşda keçirilən Heyva Festivalı çərçivəsində gənclərin xaricdə təhsil imkanları ilə bağlı məlumatlandırılması məqsədilə görüş keçirilib.

Gazette.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun Akademik fəaliyyət və tələbə qəbulu şöbəsinin müdiri Vüsalə Niftəliyeva çıxış edib.

Tədbirdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” barədə ətraflı məlumat verilib. Dövlət Proqramının əsas məqsədləri, proqram çərçivəsində gənclər üçün yaradılan imkanlar, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün müəyyən edilmiş tələblər və müraciət qaydaları diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli 248 nömrəli Sərəncamı ilə Dövlət Proqramında dəyişiklik edilib və proqramın müddəti 2028-ci ilədək uzadılıb.

Görüş zamanı gənclərin xaricdə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanları, seçim meyarları və proqramın əhatə etdiyi istiqamətlər barədə də məlumat verilib.

Tədbirdə iştirak edən gənclərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün gənclərin xaricdə təhsil imkanları barədə məlumatlılığının artırılması və Dövlət Proqramında iştirakla bağlı suallarının cavablandırılması baxımından əhəmiyyətli olduğu bildirilib.

SON XƏBƏRLƏR

Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? - Açıqlama

Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

Sabah külək güclənəcək - Xəbərdarlıq

ADRA-da müfəttişlər üçün ünsiyyət və stresədavamlılıq üzrə təlim keçirilib

Ağdaşda gənclərə xaricdə təhsil imkanları barədə məlumat verilib

Fuad Muradovun müavinlərinin sayı artırıldı - Fərman

Azərbaycanda 2364 reklam qurğusu sökülüb

“Rəqəmsal Media Ayı” çərçivəsində növbəti şəbəkələşmə görüşü keçirilib

Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək - PROQNOZ

Heç bir şikayəti yox idi, qəfil öldü – Kardioloqdan həyati xəbərdarlıqlar - MÜSAHİBƏ

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

91 mənzil kirayə yolu ilə satışa çıxarılır - Aylıq ödəniş 419 manatdan başlayır

Pirotexniki vasitələr aşkar edilib

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

Kart məlumatlarımız oğurlana bilər - Avtobuslarla bağlı təhlükə

Aysun İsmayılova xəstəliyə tutuldu

Sabah da güclü külək əsəcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR