Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

Şəhərlərarası (rayonlararası) istiqamətlərdə hərəkətdə olan qatar ADY-nin məsuliyyətində olduğu müəyyən edilmiş hər hansı texniki və ya əməliyyat səbəblərindən gecikmə ilə çatdıqda sərnişinlərə biletin dəyərinin müəyyən hissəsi geri qaytarılacaq.

Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq  "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qeyd olunub ki, biletin dəyərinin qaytarılan hissəsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Gecikmə 1 saatdan 2 saatadək olduqda biletin dəyərinin 25%-i;
- Gecikmə 2 saatdan 4 saatadək olduqda biletin dəyərinin 50%-i;
- Gecikmə 4 saatdan çox olduqda biletin dəyərinin 100%-i.

"Qatarın gecikməsinə hər hansı təbiət hadisəsi, o cümlədən güclü külək, sıx duman, leysan, subasma və digər təbiət hadisələri, qatarın qarşısına qəfil insan və ya digər maneələrin çıxması, kənar müdaxilələr, habelə ADY-nin məsuliyyətinə aid olmayan digər fövqəladə və qarşısıalınmaz hallar səbəb olduqda biletin dəyərinin geri qaytarılması nəzərdə tutulmur", - deyə açıqlamada vurğulanıb.

Qurumdan bildirilib ki, kompensasiya Abşeron dairəvi dəmiryol xətti ilə hərəkət edən qatarlara şamil edilmir.

SON XƏBƏRLƏR

Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? - Açıqlama

Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

Sabah külək güclənəcək - Xəbərdarlıq

ADRA-da müfəttişlər üçün ünsiyyət və stresədavamlılıq üzrə təlim keçirilib

Ağdaşda gənclərə xaricdə təhsil imkanları barədə məlumat verilib

Fuad Muradovun müavinlərinin sayı artırıldı - Fərman

Azərbaycanda 2364 reklam qurğusu sökülüb

“Rəqəmsal Media Ayı” çərçivəsində növbəti şəbəkələşmə görüşü keçirilib

Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək - PROQNOZ

Heç bir şikayəti yox idi, qəfil öldü – Kardioloqdan həyati xəbərdarlıqlar - MÜSAHİBƏ

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

91 mənzil kirayə yolu ilə satışa çıxarılır - Aylıq ödəniş 419 manatdan başlayır

Pirotexniki vasitələr aşkar edilib

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

Kart məlumatlarımız oğurlana bilər - Avtobuslarla bağlı təhlükə

Aysun İsmayılova xəstəliyə tutuldu

Sabah da güclü külək əsəcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR