İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Gazette.az xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Almaniya Prezidentinə və Federal Kanslerinə çatdırmağı xahiş edib.

Söhbət zamanı bu ilin iyulunda dövlət başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlanıb. Həmin səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunulub.

Görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Ölkənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb, bu ildən başlayaraq Azərbaycan qazının Almaniyaya ixracı qeyd olunub.

Söhbət zamanı ölkənin Orta Dəhlizdə önəmli roluna toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

SON XƏBƏRLƏR

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

91 mənzil kirayə yolu ilə satışa çıxarılır - Aylıq ödəniş 419 manatdan başlayır

Pirotexniki vasitələr aşkar edilib

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

Kart məlumatlarımız oğurlana bilər - Avtobuslarla bağlı təhlükə

Aysun İsmayılova xəstəliyə tutuldu

Sabah da güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Hərbi qulluqçumuz İtaliyada NATO kursunu müvəffəqiyyətlə başa vurub

Neçə Milli Qəhrəmanımız sağdır? – SİYAHI

Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib

Prezident Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür

Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb

İnnovativ suvarma layihələri təqdim edilib

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan Tibb Universitetində beynəlxalq endouroloji konqres keçirilib

BÜTÜN XƏBƏRLƏR