“Rəqəmsal Media Ayı” çərçivəsində növbəti şəbəkələşmə görüşü keçirilib

Media və Yayım Şurasının təşəbbüsü ilə keçirilən “Rəqəmsal Media Ayı” çərçivəsində bloger və sosial təşəbbüslər üzrə fəal Aysel Ağayeva ilə şəbəkələşmə görüşü təşkil olunub.

Görüşdə Aysel Ağayeva sosial media fəaliyyətinin strateji planlaşdırılması, hədəf auditoriyanın genişləndirilməsi və istifadəçi maraqlarına uyğun məzmunun hazırlanması istiqamətində təcrübəsini bölüşüb. O, həmçinin influenser marketinqinin müasir rəqəmsal kommunikasiyada rolu, brendlərlə əməkdaşlıq prinsipləri və sosial şəbəkələrdə auditoriya etimadının qazanılması barədə danışıb.

Görüş zamanı iştirakçıların sualları cavablandırılıb, sosial media sahəsində peşəkar inkişaf imkanları, marketinq fəaliyyətində praktiki yanaşmalar və mövcud tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, Sİ texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi aktual mövzulara xüsusi diqqət yetiriləcək.

SON XƏBƏRLƏR

Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? - Açıqlama

Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama

Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

Sabah külək güclənəcək - Xəbərdarlıq

ADRA-da müfəttişlər üçün ünsiyyət və stresədavamlılıq üzrə təlim keçirilib

Ağdaşda gənclərə xaricdə təhsil imkanları barədə məlumat verilib

Fuad Muradovun müavinlərinin sayı artırıldı - Fərman

Azərbaycanda 2364 reklam qurğusu sökülüb

“Rəqəmsal Media Ayı” çərçivəsində növbəti şəbəkələşmə görüşü keçirilib

Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək - PROQNOZ

Heç bir şikayəti yox idi, qəfil öldü – Kardioloqdan həyati xəbərdarlıqlar - MÜSAHİBƏ

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

91 mənzil kirayə yolu ilə satışa çıxarılır - Aylıq ödəniş 419 manatdan başlayır

Pirotexniki vasitələr aşkar edilib

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

Kart məlumatlarımız oğurlana bilər - Avtobuslarla bağlı təhlükə

Aysun İsmayılova xəstəliyə tutuldu

Sabah da güclü külək əsəcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR