
Goranboyda tütün və göyərti sahələrində fitosanitar monitorinqlər aparılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əkin sahələrində fitosanitar vəziyyətin nəzarətdə saxlanılması, bitki xəstəlikləri və zərərvericilərin erkən mərhələdə aşkar edilməsi və yayılma riskinin minimuma endirilməsi, eləcə də sağlam və keyfiyyətli bitkiçilik məhsullarının istehsalına dəstək göstərilməsi məqsədilə Goranboy rayonunda tütün və göyərti əkini sahələrində monitorinqlər aparıblar.
Tədbirlər çərçivəsində bitkilərin ümumi fitosanitar vəziyyəti, inkişaf və vegetasiya göstəriciləri, həmçinin bitkilərdə xəstəlik və zərərvericilərin mövcudluğu və yayılma səviyyəsi qiymətləndirilib. Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara zərərvericilərə qarşı mübarizə tədbirləri, pestisidlərin təyinatı və düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib.
Bitki sağlamlığının qorunması, əkin sahələrində fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə monitorinq və müşahidə tədbirləri davam etdirilir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





