Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edildi

Noyabrın 8-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edilib.

Gazette.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində Azərbaycanın ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. İmtahanda iştirak ödənişlidir.

İddiaçılar ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına yuxarıda qeyd edilən imtahanların birində iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini əlavə etməlidirlər. İddiaçılar ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 (yüz on)) silinir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikləri təqdirdə, hər imtahanda iştirak etmək üçün 110 (yüz on) manat ödəməlidirlər.

Xarici dillər, həmçinin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı xarici dildən doktoranturaya qəbul imtahanı ilə təxminən eyni məzmun və strukturda (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla keçirilir. Proqramlarla aşağıdakı keçidlərdən tanış ola bilərsiniz:

- Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı proqramları (Azərbaycan dilində, rus dilində); 

- Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı proqramı.

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoru imtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan dili imtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir.

İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2026-cı il noyabrın 22-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə noyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 26 noyabr 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək.

SON XƏBƏRLƏR

Tədqiqat: Ultra emal olunmuş qidalar bağırsaq xərçəngi riskini artıra bilər

İndoneziyada “ASAN xidmət” təcrübəsi əsasında 300-dən çox mərkəz fəaliyyət göstərir

Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə görüşlərə başlanılıb

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edildi

Goranboyda tütün və göyərti sahələrində fitosanitar monitorinqlər aparılıb

Uşaq bağçasında nöqsanlar aşkarlanıb

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Sahibə Qafarova Bişkekdə TÜRKPA Şurasının iclasında çıxış edib

Ötən gün 54 cinayətin açılması təmin olunub

Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək

Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib

“Azərpoçt” və ÜPİ əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Oktyabrın 20-si Energetiklər Günüdür

Aslan Abbaszadə: İşində uğur, həyatında xeyirxahlıq nümunəsi

Zəngilanın azad edilməsindən 6 il ötür

DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı

Övladı olan şəxslər övladlığa uşaq götürə və ya himayədar ailə ola bilərmi?

Nurlan Ordubadlıdan - “Vətən” RƏVAYƏTİ

Ağdamda “Gələcəyin dövlət xidmətləri” ideya müsabiqəsi keçirilib

Məleykə Abbaszadə məzunlarla bağlı planı təsdiqlədi

BÜTÜN XƏBƏRLƏR