ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) İctimai Şuranın üzvləri ilə “Əmək münasibətlərində əməyin mühafizəsi və “Vision Zero” yanaşmasının tətbiqi” mövzusuna həsr olunmuş görüş keçirilib.

DƏMX-dən verilən məlumata görə, görüşdə xidmətin rəisi Vəli Quliyev ictimai iştirakçılığın və dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, əmək hüquqlarının təmin olunması və əmək qanunvericiliyinin tətbiqi sahəsində İctimai Şuranın rolunu qeyd edərək, əməyin mühafizəsi sahəsində görülən işlər, rəqəmsallaşma istiqamətində yeniliklər və qarşıda duran hədəflər barədə məlumat verib.

Bildirilib ki, ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmənin yaradılması, özünənəzarət və risklərin qiymətləndirilməsi modullarının istifadəyə verilməsi nəzərdə tutulur. “Vision Zero” yanaşmasının əsas prinsipinin bədbəxt hadisələrin qarşısının alınması olduğu vurğulanıb.

Görüşdə, həmçinin əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək qanunvericiliyində nəzərdə tutulan yeniliklər, distant iş mexanizmi, peşə xəstəlikləri və əmək münasibətləri ilə bağlı digər aktual məsələlər ətrafında müzakirələr aparılıb.

İctimai Şuranın sədri Elşad Məmmədovun və digər üzvlərin fikir və təklifləri dinlənilib, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

SON XƏBƏRLƏR

Regional Turizm Şuralarının iclasları keçirilib

Prezident: Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib

Yorğun hiss edirsiniz?

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Azərbaycanın Asiya ölkələri ilə iqtisadi əməkdaşlığının yeni perspektivləri

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Xüsusi icra məmuru peşəsi üzrə ilkin icbari hazırlıq başlayıb

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir

Gender bərabərliyinə dair maarifləndirmə tədbirlərinə başlanılıb

DTX-dən xəbərdarlıq - "Aldanmayın!"

Özbəkistan Prezidenti Azərbaycana gəldi

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələri Azərbaycana gəldi

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Emoməli Rahmon Azərbaycana gəlir

BÜTÜN XƏBƏRLƏR