
Reklam
14 Oktyabr 2026, 19:35
5
DTX-dən xəbərdarlıq - "Aldanmayın!"
Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir.
Gazette.az xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər.
Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəli sürür.
DTX xəbərdarlıq edir!
Bu peşəkar şəkildə qurulmuş kiberdələduzluqdur. Yuxarıda qeyd olunduğu formada mesaj alan şəxs dərhal əlaqəni kəsməli və hüquq-mühafizə orqanlarına xəbər verməlidir.
Sizi aldatmaq istəyirlər, aldanmayın!
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





