Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Oktyabrın 14-də Bakıda Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü ilə əlaqədar imzalanma mərasimi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan, AQEM baş katibi Kairat Sarıbay və AQEM-in təsisedici sənədlərinin depozitarisi qismində Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak edib.

Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan AQEM-in əsas təsisedici sənədləri olan Üzv dövlətlər arasında münasibətləri tənzimləyən prinsiplər haqqında 14 sentyabr 1999-cu il tarixli Bəyannaməni və 4 iyun 2022-ci il tarixli Almatı Aktını imzalayıb.

Laosun üzvlüyü barədə yekun qərarın AQEM-in oktyabrın 15-də Bakıda baş tutacaq Yeddinci Zirvə Görüşündə təsdiqlənməsi nəzərdə tutulur. Bununla, AQEM üzv dövlətlərinin sayı 29-a çatacaq.

SON XƏBƏRLƏR

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələri Azərbaycana gəldi

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Emoməli Rahmon Azərbaycana gəlir

Rəsmi Bakı Fransadan bunları tələb edir - AÇIQLAMA

Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Laosun Prezidenti “ASAN xidmət”də

Prezidentdən sərgi iştirakçılarına - Müraciət

İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama

Yeni fişinq kampaniyası aşkarlanıb

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçib

Ayda ərzağa bu qədər pul xərcləyirik - RƏQƏMLƏR

Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib

Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı

Ombudsman Aparatında görüş keçirilib

AQTA-da tələbələr istehsalat təcrübəsi keçib

“Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb”

Payızın ən faydalı meyvəsidir

BÜTÜN XƏBƏRLƏR