
Gender bərabərliyinə dair maarifləndirmə tədbirlərinə başlanılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək münasibətlərində gender bərabərliyi - bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda regionlarda maarifləndirmə tədbirlərinə başlanılıb.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə məqsəd əmək münasibətlərində gender bərabərliyinin təmin edilməsi, o cümlədən qadınların əmək bazarında iştirak imkanlarının artırılması üçün əmək qanunvericiliyində edilmiş son dəyişikliklərlə bağlı məlumatlandırmanın aparılmasıdır.
İlk belə tədbir Quba rayonunda keçirilib. Tədbirdə Nazirliyin və onun tabeliyindəki qurumların nümayəndələri, eləcə də dövlət və özəl sektoru təmsil edən 83 müəssisənin nümayəndələri iştirak ediblər.
İşəgötürənlərin və sosial tərəfdaşların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə Əmək Məcəlləsində nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə təqdim etdiyi xidmətlər, habelə Azərbaycanın Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya qoşulduğu barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbirlərinin ölkəmizin bütün iqtisadi rayonlarında keçirilməsi nəzərdə tutulur.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





