İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.

Gazette.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı.

Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirdi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafı baxımından roluna toxundu və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini dedi, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilmiş görüşləri xatırladı.

Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlığın irəli aparılması üçün məsələləri müzakirə etmək baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə minnətdarlığını bildirən Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu dedi, ölkəmizin regionda önəmli rol oynadığını vurğuladı.

Münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd edən nazir ölkəmizə səfəri çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmən açılacağını bildirdi və ikitərəfli münasibətlərimizin inkişafı baxımından bu hadisənin önəminə toxundu.

Dövlətimizin başçısı Bakıda Estoniya səfirliyinin rəsmən açılmasını əlaqələrimizin inkişafının göstəricisi kimi qiymətləndirdi.

Söhbət zamanı Azərbaycanla Estoniya arasında informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, ölkəmizin yeni bağlantı xətlərinin sayını artırdığı vurğulandı.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SON XƏBƏRLƏR

Elçin Babayevin rektorluq fəaliyyəti hansı uğurlarla yadda qaldı?

İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

"Temu" Avropa İttifaqında bunlardan imtina edəcək

Qaradağda 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Araşdırma, yoxsa informasiya kampaniyası?

ASAN könüllülərinin “InnoCamp 2” düşərgəsi başa çatıb

Azərbaycanda median sürətin artım tempi son illərin ən aşağı səviyyəsinə düşüb

BŞİH-nin müdaxiləsi ilə həmin tarixi qapı bərpa olundu

Prezidentdən xarici ölkələrə ixracla bağlı - Fərman

Azərbaycanda yeni Mərkəz yaradılır - FƏRMAN

Gedişhaqqı 1 qəpik olacaq - Bu saatlarda

“ASAN xidmət”in Pakistanda tətbiqi coğrafiyası genişləndirilir

“Giləzi-Quşçuluğ”un direktoru həbs edildi

Azərbaycanda qədim yaşayış məskəni tapılıb

Bakıda şüşə sənəti üzrə təlimlər keçirilib

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Mövsümüdür, çox yeyin

Piyada gəzməyin bu xeyri var

Uşaqlarınıza duz əvəzi kalsium verin

Bir gündə sərvəti 34 milyard dollar artdı

BÜTÜN XƏBƏRLƏR