ASAN könüllülərinin “InnoCamp 2” düşərgəsi başa çatıb

2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində  “InnoCamp 2 – ASAN könüllülərinin innovasiya düşərgəsi” keçirilib.

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən düşərgənin əsas məqsədi  gənclərin süni intellekt və robototexnika sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, texnoloji yeniliklərə maraqlarını artırmaq və komanda işi, yaradıcı düşünmə qabiliyyətlərini formalaşdırmaq olub.

Layihə müddətində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və "MilliSec" şirkətinin əlaqəli sahələr üzrə mütəxəssislərinin təqdimatında interaktiv təlimlər təşkil olunub.

Layihə müddətində Gəncə regionundan olan 76 gənc intensiv təlim və sessiyalarda iştirak edərək innovasiya, texnologiya və müasir rəqəmsal həllərlə bağlı biliklərini genişləndirmək imkanı əldə ediblər. Eyni zamanda komanda işi, yaradıcı yanaşma və praktiki problemlərin həlli istiqamətində yeni biliklər əldə ediblər.

Düşərgə gənclərin yeni biliklər qazanması, ideyalarını bölüşməsi və innovativ təşəbbüslər ətrafında bir araya gəlməsi üçün əlverişli platforma yaradıb.

Sonda bütün iştirakçılar sertifikatlarla təltif olunublar.

SON XƏBƏRLƏR

"Temu" Avropa İttifaqında bunlardan imtina edəcək

Qaradağda 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Araşdırma, yoxsa informasiya kampaniyası?

ASAN könüllülərinin “InnoCamp 2” düşərgəsi başa çatıb

Azərbaycanda median sürətin artım tempi son illərin ən aşağı səviyyəsinə düşüb

BŞİH-nin müdaxiləsi ilə həmin tarixi qapı bərpa olundu

Prezidentdən xarici ölkələrə ixracla bağlı - Fərman

Azərbaycanda yeni Mərkəz yaradılır - FƏRMAN

Gedişhaqqı 1 qəpik olacaq - Bu saatlarda

“ASAN xidmət”in Pakistanda tətbiqi coğrafiyası genişləndirilir

“Giləzi-Quşçuluğ”un direktoru həbs edildi

Azərbaycanda qədim yaşayış məskəni tapılıb

Bakıda şüşə sənəti üzrə təlimlər keçirilib

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Mövsümüdür, çox yeyin

Piyada gəzməyin bu xeyri var

Uşaqlarınıza duz əvəzi kalsium verin

Bir gündə sərvəti 34 milyard dollar artdı

“ASAN AI HUB” “OECD.AI” PLATFORMASINDA

Hansı yanacaq növlərinin istehsalı artır, hansılar azalır?

BÜTÜN XƏBƏRLƏR