
Bir gündə sərvəti 34 milyard dollar artdı
“Nvidia” şirkətinin baş direktoru Censen Huanqın sərvəti vəzifəsinə qaytarılmasından sonra bir sutkadan az müddətdə təxminən 34 milyard dollar artaraq 144 milyard dollara yaxınlaşıb.
Ölkə.az “Forbes” jurnalına istinadən xəbər verir ki, milyarderin sərvəti 30 faizdən çox artıb.
Buna Huanqın vəzifəsinə qaytarılması fonunda “Nvidia” şirkətinin səhmlərinin kəskin bahalaşması səbəb olub.
Hazırda Huanq dünyanın ən varlı insanlarının “Forbes” reytinqində 13-cü yerdə qərarlaşıb.
Nəşr qeyd edib ki, şirkət ətrafında yaranmış qalmaqallar fonunda Huanq sərvətinin dörddə birindən çoxunu itirərək reytinqdə 18-ci pilləyə geriləmişdi.
Qeyd edək ki, noyabrın 23-də “Nvidia”nın Direktorlar Şurası Huanqın şirkətin baş direktoru və prezidenti vəzifələrinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





