“ASAN xidmət”in Pakistanda tətbiqi coğrafiyası genişləndirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.


Səfər çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri  Məhəmməd Şahbaz Şərif nümayəndə heyətini qəbul edib və “Pakistan ASAN xidmət” mərkəzinin genişləndirilməsi ilə bağlı Hökumətin iclasını keçirib.


Görüş zamanı İslamabad şəhərində “Pakistan ASAN xidmət” mərkəzinin yaradılmasında və fəaliyyətinin uğurla təşkilində göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunub. 


Baş nazir mərkəzi mühüm təşəbbüs və əhaliyə xidmət göstərən böyük ictimai xidmət müəssisəsi kimi qiymətləndirib. Bu fəaliyyətin dövlət xidmətlərinin vahid məkanda təqdim olunmasında əsaslı dönüş yaradacağı vurğulanıb.


Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və ölkə üzrə genişləndirilməsi, eləcə də Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən aparılmış auditin nəticələri müzakirə olunub. Baş nazir audit hesabatında əks olunan təkmilləşdirmə istiqamətlərinin prioritet qaydada icrası ilə bağlı tapşırıqlar verib.


O, Azərbaycanın təcrübəsinə uyğun olaraq birbaşa ona tabe olan səlahiyyətli qurumun yaradılması ilə bağlı tapşırıq verib. Həmçinin “Pakistan ASAN xidmət” modelinin bölgələrdə tətbiqi və xidmət şəbəkəsinin genişləndirilməsi üçün əyalət hökumətləri ilə əməkdaşlığın gücləndirilməsi tapşırılıb.


Dövlət Agentliyinin sədri ilə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri arasında görüş də keçirilib. Tərəflər “Pakistan ASAN xidmət” modelinin genişləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıblar.

SON XƏBƏRLƏR

Prezidentdən xarici ölkələrə ixracla bağlı - Fərman

Azərbaycanda yeni Mərkəz yaradılır - FƏRMAN

Gedişhaqqı 1 qəpik olacaq - Bu saatlarda

“ASAN xidmət”in Pakistanda tətbiqi coğrafiyası genişləndirilir

“Giləzi-Quşçuluğ”un direktoru həbs edildi

Azərbaycanda qədim yaşayış məskəni tapılıb

Bakıda şüşə sənəti üzrə təlimlər keçirilib

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Mövsümüdür, çox yeyin

Piyada gəzməyin bu xeyri var

Uşaqlarınıza duz əvəzi kalsium verin

Bir gündə sərvəti 34 milyard dollar artdı

“ASAN AI HUB” “OECD.AI” PLATFORMASINDA

Hansı yanacaq növlərinin istehsalı artır, hansılar azalır?

Mərkəzi Bank inzibati binası ilə bağlı tender elan edib

Maliyyə Nazirliyi liftlərin alınması ilə bağlı tender elan edib

Apteklərdə lisenziyasız göz müayinəsi aparanları nə gözləyir?

Bu 3 ayda doğulan insanlar təklikdə daha xoşbəxt olur

Limonlu çayı hər gün içmək orqanizmə necə təsir edir?

Plovun dənəvər alınması üçün yol verilən əsas səhvlər

BÜTÜN XƏBƏRLƏR