Xüsusi icra məmuru peşəsi üzrə ilkin icbari hazırlıq başlayıb

Xüsusi icra məmuru peşəsi üzrə müsahibə mərhələsindən uğurla keçmiş namizədlərin ilkin icbari hazırlığı 1 oktyabr 2026-cı il tarixindən başlanılıb. Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında keçirilən ilkin icbari hazırlığın təxminən 3 ay davam etməsi nəzərdə tutulur.

Hazırlıq proqramı xüsusi icra məmuru kimi fəaliyyət göstərmək üçün tələb olunan hüquqi biliklərin, praktiki bacarıqların və peşə davranışı vərdişlərinin formalaşdırılmasına yönəlib. Proqramda məhkəmə-icra sistemi, icra hüququ, icra sənədləri, icra icraatının başlanması, icra məmurunun prosessual hərəkətləri və sənədləri, məcburi icra tədbirləri, müxtəlif kateqoriyalı icra sənədlərinin icrası, “Elektron icra” informasiya sistemindən istifadə, şikayət və nəzarət mexanizmləri, təhlükəsizlik, ofisin idarə edilməsi, maliyyə, depozit və hesabatlılıq kimi əsas istiqamətlər əhatə olunur.

Tədris prosesində nəzəri dərslərlə yanaşı, praktiki məşğələlər, real icra proseslərindən kazusların həlli, sənəd hazırlama tapşırıqları, qərar, akt, protokol və təqdimat layihələrinin tərtibi, “Elektron icra” sistemi üzrə laborator məşğələlər, icra tədbirlərinin simulyasiyaları nəzərdə tutulur. Bu yanaşmanın məqsədi namizədlərin yalnız qanunvericiliyi bilməsini deyil, həm də icra sənədinin tələbini düzgün qiymətləndirməsini, müvafiq icra tədbirini seçməsini, tərəflərlə peşəkar ünsiyyət qurmasını və icra prosesini qanuni, əsaslandırılmış və effektiv şəkildə aparmasını təmin etməkdir.

Hazırlıq proqramı beynəlxalq mütəxəssislərin iştirakı ilə tərtib olunub. Eyni zamanda, onların Ədliyyə Nazirliyinin məsul əməkdaşları ilə birlikdə təlimçi qismində iştirakı da nəzərdə tutulub. 

İlkin icbari hazırlığı uğurla başa vuran namizədlər qiymətləndirmədən keçəndən sonra staj mərhələsinə cəlb olunacaqlar. Staj müddətində onlar təlim zamanı əldə etdikləri bilik və bacarıqları real icra şəraitində tətbiq edəcəklər və stajın nəticələrinə uyğun olaraq onların xüsusi icra məmuru kimi fəaliyyətə başlamaları ilə bağlı növbəti prosedurlar həyata keçiriləcək.

SON XƏBƏRLƏR

Regional Turizm Şuralarının iclasları keçirilib

Prezident: Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib

Yorğun hiss edirsiniz?

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Azərbaycanın Asiya ölkələri ilə iqtisadi əməkdaşlığının yeni perspektivləri

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Xüsusi icra məmuru peşəsi üzrə ilkin icbari hazırlıq başlayıb

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir

Gender bərabərliyinə dair maarifləndirmə tədbirlərinə başlanılıb

DTX-dən xəbərdarlıq - "Aldanmayın!"

Özbəkistan Prezidenti Azərbaycana gəldi

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələri Azərbaycana gəldi

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Emoməli Rahmon Azərbaycana gəlir

BÜTÜN XƏBƏRLƏR