BAKU Azərbaycan
20.03 °C

Bu gün “Qarabağ” Konfrans Liqasında ilk oyununa çıxacaq

Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayır.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı birinci oyununda Bakı Olimpiya Stadionunda İsveçrənin “Bazel” klubunu qəbul edəcək.

Saat 20:45-də oynanılacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Qeyd edək ki, qrupun digər görüşündə “Kayrat” Qazaxıstanda Kiprin “Omoniya” klubunu qəbul edəcək.

UEFA Konfrans Liqasında bu gün keçiriləcək oyunlar:

Oyunların başlama vaxtı Mərkəzi Avropa saat qurşağına uyğun olaraq göstərilib