BAKU Azərbaycan
17.03 °C

Azərbaycan yığması Lüksemburqa qalib gəlib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2022-nin seçmə mərhələsində çıxışını başa vurub.

Oyunları Lüksemburqda keçirilən VIII qrupda çıxış edən Elxan Abdullayevin yetirmələri son turda meydan sahibləri ilə görüşüb.

Elit-raund şansı qalmayan rəqiblərin ikisi üçün də qarşılaşma formal xarakter daşıyıb. İlk iki görüşdə xala həsrət qalan millimiz Lüksemburqla matçda qələbə sevinci yaşayıb.

Elit-raunda ilk pillə sahibləri və yalnız ən yaxşı qrup üçüncüsü çıxdığından yığmamız turnirlə vidalaşıb. Növbəti mərhələyə yüksələn Belçika və İspaniya arasında son turun birinci yer uğrunda matçında heç-heçə qeydə alınıb – 2:2