BAKU Azərbaycan
16.03 °C

Azərbaycan – Rusiya futbol matçının hakimləri bəlli oldu

Qadın futbolçular arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – Rusiya matçının hakimləri açıqlanıb.

Noyabrın 25-də keçiriləcək qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

“Dalğa Arena”dakı matçın baş hakimi Yonela Alina Peşu olacaq. Ona Petrutse Klaudia Yuqulesku və Mihaela Elena Sepuşe kömək edəcək. Dördüncü hakim funksiyası Kristina Mariana Trandafirə tapşırılıb.

Qeyd edək ki, bu matç saat 19:00-da başlayacaq.