BAKU Azərbaycan
20.03 °C

Qurban Qurbanov: “Omoniya"ya qarşı layiqli oyun göstərmək istəyirik”

“Bu il burada son oyunumuz olacaq” - bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin V turunda “Omoniya” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis kiprlilərlə sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya hazır olduqlarını söyləyib: “İki gündə yaxşı hazırlaşmışıq. Az vaxtımız oldu. Həm futbolçuların istəyi, həm də hazırlığı yaxşı səviyyədədir. Layiqli oyun göstərmək istəyirik. Nəticə önəmlidir, amma bunun üçün yaxşı çıxış etməliyik. Sabah ən yaxşı oyunlarımızdan birini göstərmək istəyirik. Rəqib barədə də xoş sözlər demək istəyirəm. Son vaxtlar oyun performansını yaxşılaşdırıblar, stillərini dəyişiblər. Bu, bizim üçün maraqlı olacaq. Çox sürətli hücumçuları var. Düşünürəm ki, sabah 90 dəqiqə meydanda çox diqqətli olmalıyıq”.