BAKU Azərbaycan
20.03 °C

Çempionlar Liqasında ilk tura yekun vurulub – NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasında qrup mərhələsində ilk tura yekun vurulub.

İkinci oyun günündə A, B, C və D qruplarında çıxış edən klublar mübarizəyə qoşulublar.

Günün ən diqqət çəkən matçı İtaliyada “İnter”lə İspaniya təmsilçisi “Real Madrid” arasında oynanılıb. Görüş boyu tərəflərin fərqlənmək üçün şansları olsa da yalnız əsas vaxtın sonuna 1 dəqiqə qalmış hesab açılıb. Madridlilərin heyətində Rodriqo komandasına qələbə qazandıran qola imza atıb.

Uzun müddətdən sonra (7 il) yenidən Çempionlar Liqasında mübarizəyə qoşulan, turnirin 7 qat qalibi “Milan”la (İtaliya) 6 dəfə kuboku başı üzərinə qaldıran “Liverpul” arasında baş tutan görüş də xeyli maraq doğurub. Liverpulun “Enfield Road” stadionunda keçirilən matçda ilk hissədə meydan sahibləri 1-2 hesabı ilə geri düşsələr də qarşılaşmadan 3-2 qalib ayrılmağı bacarıblar.

Ölkəmizdə də kifayət qədər azarkeş ordusu olan Türkiyənin “Beşiktaş” klubu İstanbulda Almaniyanın “Borrusiya Dortmund” komandasını qəbul edib. Son Türkiyə çempionunun cəhdlərinə baxmayaraq qarşılaşma 1-2 hesabı ilə almanların qələbəsi ilə başa çatıb.

ÇL-da ikinci oyun günündə qeydə alınmış nəticələr