BAKU Azərbaycan
17.03 °C

Çempionlar Liqasında ilk sensasiya İsveçrədə qeydə alınıb

UEFA Çempionlar Liqasında E, F, G və H qruplarında ilk turun oyunları keçirilib.

Çempionlar Liqasında qrup mərhələsində ilk sensasiya İsveçrədə qeydə alınıb. “Wankdorf” stadionunda yerli “Yanq Boyz” klubunun qonağı olan İngiltərənin “Mançester Yunayted” komandası köhnə-yeni oyunçusu Kristiano Ronaldonun (13′) qol vurmasına baxmayaraq qarşılaşmadan 2-1 hesabı ilə məğlub ayrılıb. Rəqibin heyətində matçın 66-cı dəqiqəsində Moumi Nqamalu və oyunun son saniyələrində (90+5′) Cordan Sibatçu fərqlənib.

Qeyd edək ki, UÇL-də 177-cı matçına çıxan portuqaliyalı hücumçu 135 dəfə rəqib qapıçılarını məyus etməyi bacarıb.

May

Gecənin mərkəzi matçı İspaniyada “Barselona” ilə “Bavariya” (Almaniya) arasında oynanılıb. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb, 0-3. “Nou Camp” stadionunda baş tutan qarşılaşmada qolları Tomas Müller (34′) və Robert Levandovski (56′, 85′) vurub.

Günün qeydə alınan digər nəticələri:

May