BAKU Azərbaycan
16.03 °C

Kristiano Ronaldo “Old Trafford”a qayıdışını dublla qeyd edib

Portuqaliyalı futbolçu Kristiano Ronaldo İngiltərənin “Mançester Yunayted” klubunun heyətində 12 ildən sonra ilk rəsmi oyununa çıxıb.

GAZETTE xəbər verir ki, 36 yaşlı hücumçu “qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində evdə “Nyukasl”ı 4:1 hesabı ilə məğlub etdiyi matçda dubla imza atıb.

“Old Trafford”da meydana start heyətində çıxan təcrübəli forvard ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə hesabı açıb. 56-cı dəqiqədə qonaqların heyətində Xavyer Mankilyo tarazlığı bərpa etsə də, cəmi 6 dəqiqə sonra Ronaldo komandasını yenidən önə keçirib. Meydan sahiblərinin digər iki qolunu isə 80-ci dəqiqədə Bruno Fernandes, 90+2-ci dəqiqədə isə Cessi Linqard vurub.