BAKU Azərbaycan
22.03 °C

Portuqaliya millisi Bakıdan 3 top və 3 xalla qayıdır

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Portuqaliya yığmasını qəbul edib.

GAZETTE xəbər verir ki, “Bakı Olimpiya Stadionu”nda keçirilən qarşılaşma Portuqaliyanın 0-3 hesablı qələbəsi ilə başa çatıb. Rəqibin heyətində Bernardo Silva (26′), Andre Silva (31′) və Diogo Jota (75′) fərqləniblər.

Qeyd edək ki, A qrupunda 5 oyundan sonra yalnız 1 xal toplamağı bacaran A Millimiz qrupda sonuncu pillədə qərarlaşıb.

Millimiz seçmə mərhələ çərçivəsində növbəti görüşünü oktyabrın 9-da Bakıda İrlandiya yığmasına qarşı keçirəcək.