BAKU Azərbaycan
20.03 °C

Azərbaycan millisi Lüksemburq yığmasına məğlub olub

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

GAZETTE xəbər verir ki, səfərdə Lüksemburq yığmasının qonağı olan komandamız oyunda 2:1 hesabı ilə məğlub olub. Rəqibin heyətində Pinto (8’) və Rodriqes (28’ pen.) fərqlənib. Millimizin qolunu isə 67-ci dəqiqədə cərimə zərbəsindən Emin Mahmudov vurub.

A qrupunun digər qarşılaşmasında Portuqaliya yığması Kriştiano Ronaldonun oyunun sonlarında (89′, 90+6′) vurduğu qolları sayəsində İrlandiya millisini 2-1 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, A Milli növbəti görüşünü sentyabrın 4-də səfərdə İrlandiyaya qarşı keçirəcək.