Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin ilk iclası keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Sədr V.Zifəroğlu İH-nin yeni tərkibinin qarşısında bir sıra mühüm vəzifələrin icrasının dayandığını bildirib. O deyib ki, Mətbuat Şurası postsovet məkanında medianın ilk özünütənzimləmə strukturu kimi böyük yol keçib, fəaliyyəti ilə cəmiyyətdə nüfuz qazanıb və təşkilat gələcəkdə də media ictimaiyyətinin gözləntilərini doğrultmaq istiqamətində səylə çalışmalıdır. V.Zifəroğlu buna əmin olduğunu bildirməklə yanaşı, Şuranın işinin müasir dövrün çağırışlarına adekvat qurulmasının zəruriliyi üzərində dayanıb.

MŞ sədri onu da bildirib ki, Prezident İlham Əliyev çıxışlarında müasir dünyanın informasiya mühitindəki neqativ hallara diqqət çəkir. Dövlətimizin başçısının fikirləri həm yüksək maarifləndirici xarakterlidir, həm də mükəmməl yol xəritəsi mahiyyəti daşıyır. Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi mövcud məqamı əsas götürməli, ölkəmizin liderinin müəyyənləşdirdiyi strategiyaya əməli dəstək göstərməli, jurnalist peşəkarlığına dair beynəlxalq standartları ciddi şəkildə nəzərdən keçirərək, onların tətbiqi imkanlarını araşdırmalıdır. Mühüm vəzifələrdən biri də ölkəmizdə sağlam media mühitinin qərarlaşmasına layiqli töhfə verməkdir.

V.Zifəroğlu eyni zamanda vurğulayıb ki, MŞ İdarə Heyəti üzvlərinin Azərbaycana qarşı qlobal informasiya məkanındakı ənənəvi destruktiv meyillərə münasibətdə də prinsipial mövqe tutmaları, çevik davranaraq, mövcud istiqamətdə əvvəlki illərin təcrübəsini daha dinamik tərzdə dolğunlaşdırmaları vacibdir. O, bunun üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyini dilə gətirib. 

MŞ sədri iclasın gündəliyindəki bütün məsələlərin Şuranın funksionallığını artırmaq məramından qaynaqlandığını bildirib və buna görə ilk növbədə qurumun sədr müavinlərinin müəyyənləşdirilməli olduğuna diqqət çəkib. Müzakirələrdən sonra İH üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə bu vəzifəyə seçiliblər.

Gündəlikdəki ikinci məsələ - MŞ-nin komissiyalarının formalaşdırılması xüsusunda bildirilib ki, Şuranın başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasıdır. Qurumun Nizamnaməsinə görə, MŞ sədrinin müavinləri növbəlilik əsasında – 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər. Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub.

İclasda MŞ-nin digər komissiyalarının sədrləri müəyyənləşdirildi və qərara alınıb ki, onlar Şuranın növbəti iclasınadək rəhbəri olduqları qurumların fəaliyyət proqramları, həmçinin tərkibləri ilə bağlı təklifləri Şuranın Katibliyinə təqdim etsinlər. Toplantıda o da bildirilib ki, komissiyaların intensivliyini artırmaq üçün onların işinə İH üzvləri ilə yanaşı, müvafiq sahə ekspertlərinin və mütəxəssislərin də cəlb edilmələri ümumi işə fayda verəcək.

İH-nin iclasında Şura sədri V.Zifəroğlunun təqdimatı əsasında MŞ-nin icraçı katibi də təsdiqlənib. Bu vəzifəyə Əvəz Rüstəmovun namizədliyi məqbul qiymətləndirilib. MŞ İdarə Heyətinin üzvü Əminə Yusifqızı Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.

SON XƏBƏRLƏR

Daha iki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib

“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib

Silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də

Zəfər Günü 4 şəhərdə yürüş olacaq

ETKİ rəhbərliyi Zəfər Günü münasibətilə ağacəkmə aksiyasında iştirak edib

6 Noyabr - Azərbaycan Televiziyası və Radiosu Günüdür

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Gələn il hansı qurumlara subsidiya və dotasiya verilə bilər? – SİYAHI

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib

Qoşqar Təhməzli FAO nümayəndə heyəti ilə görüşüb

Ağdaşda ənənə və innovasiya bir araya gələcək - Heyva festivalına sayılı günlər qaldı

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

BÜTÜN XƏBƏRLƏR