Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca, Macarıstanın regional inkişaf və kənd inkişafı naziri Viktoriya Lorints, Türkiyənin Kibertəhlükəsizlik İdarəsinin rəhbərinin müavini Yusuf Tancan, Yunanıstan daxili işlər nazirinin müavini Paraskevi Xaralampocyanni, Sent-Vinsent və Qrenadinin təhsil, innovasiya, rəqəmsal transformasiya və informasiya sahələri üzrə dövlət naziri Lavern Kinq, Madaqaskarın əmək, məşğulluq və dövlət qulluğu naziri Denis Frankonio Mak və Seneqal Respublikasının dövlət qulluğu, əmək və dövlət qulluğu islahatları naziri Mamadu Lamin Diante ilə görüşüb.

Qonaqlar Bakıda keçirilən “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar. 

Sammitin dövlət idarəçiliyində müasir yanaşmaların tətbiqi, dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan və səmərəli təşkili, eləcə də beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi üçün mühüm platforma olduğu qeyd edilib.

Pakistan tərəfi ilə keçirilən görüşdə “ASAN xidmət” modelinin bu ölkədə uğurla tətbiqi, eləcə də dövlət xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun və əlçatanlığının artırılmasına verdiyi töhfə diqqət mərkəzində olub.

Tədbir çərçivəsində pakistanlı nazir “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Yunanıstan tərəfi ilə görüşdə “ASAN xidmət” modelinin fəaliyyəti və tətbiq imkanları diqqət mərkəzində olub, bu təcrübənin öyrənilməsinə maraq ifadə edilib. 

Macarıstan tərəfi ilə keçirilən görüşdə isə Azərbaycanın “ASAN xidmət” modeli ilə yanaşı, ASAN könüllülük konsepsiyasının da öyrənilməsinə xüsusi maraq ifadə olunub.

Sent-Vinsent və Qrenadin tərəfi də “ASAN xidmət” modelinin öyrənilməsi və ölkədə tətbiqi imkanlarının araşdırılmasında maraqlı olduqlarını bildirib.

Madaqaskar tərəfi Azərbaycan brendi olan, vətəndaşlara əlçatan, şəffaf və bürokratik maneələrdən kənar dövlət xidmətləri modelinin – “ASAN xidmət”in fəaliyyət prinsipləri ilə tanış olmaq, bu təcrübəni öyrənmək və ölkələrində tətbiq imkanlarını nəzərdən keçirməkdə maraqlı olduğunu ifadə edib.

Seneqal tərəfi ilə görüş  zamanı 2025-ci ilin 3 iyun tarixində tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər planına dair  müzakirələr aparılıb.

SON XƏBƏRLƏR

Daha iki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib

“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib

Silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də

Zəfər Günü 4 şəhərdə yürüş olacaq

ETKİ rəhbərliyi Zəfər Günü münasibətilə ağacəkmə aksiyasında iştirak edib

6 Noyabr - Azərbaycan Televiziyası və Radiosu Günüdür

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Gələn il hansı qurumlara subsidiya və dotasiya verilə bilər? – SİYAHI

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib

Qoşqar Təhməzli FAO nümayəndə heyəti ilə görüşüb

Ağdaşda ənənə və innovasiya bir araya gələcək - Heyva festivalına sayılı günlər qaldı

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

BÜTÜN XƏBƏRLƏR