
ETKİ rəhbərliyi Zəfər Günü münasibətilə ağacəkmə aksiyasında iştirak edib
Tərtər rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kollektivi ilə birlikdə keçirilən aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müsdəqim Məmmədov, Elmi Tədqiqat Kardiologiya İnustutunun direktoru, professor Gülnaz Dadaşova, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın milli qürurunun, birliyinin və Vətənə bağlılığının təcəssümüdür. 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən bu aksiya həm də tarixi Qələbəmizin əbədiləşdirilməsinə, Zəfər ruhunun gələcək nəsillərə aşılanmasına və Vətənə sevginin əməli fəaliyyətlə ifadə olunmasına xidmət edir.
Aksiya çərçivəsində əraziyə ümumilikdə 200 ədəd eldar şamı əkilib. Həmçinin, mövcud ağacların dibləri yumşaldılıb və onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilib.
Həyata keçirilən yaşıllaşdırma tədbirləri rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına, gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin formalaşdırılmasına mühüm töhfə verir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





