Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Cümşüdova Aysel İntiqam qızına məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib.

İstehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Məlum olub ki, müəssisə təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərib. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi aşkarlanıb.
Yoxlama zamanı tərkibində qaymaq olmayan məhsulun etiketində “Qaymaqlı şor” yazıldığı, emalın Bakı şəhərində aparılmasına baxmayaraq, dovğa, şor və qatıq məhsullarının etiketlərində coğrafi adlardan istifadə olunaraq “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” qeyd edildiyi və bununla da istehlakçıların aldadıldığı məlum olub. Habelə müxtəlif istehsalçılara məxsus əmtəə nişanlı etiketlər (Çinar, Cantəpə, Fermer.V.D İvanuşka, Fermer və Emay), kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.

SON XƏBƏRLƏR

Daha iki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib

“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib

Silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də

Zəfər Günü 4 şəhərdə yürüş olacaq

ETKİ rəhbərliyi Zəfər Günü münasibətilə ağacəkmə aksiyasında iştirak edib

6 Noyabr - Azərbaycan Televiziyası və Radiosu Günüdür

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Gələn il hansı qurumlara subsidiya və dotasiya verilə bilər? – SİYAHI

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib

Qoşqar Təhməzli FAO nümayəndə heyəti ilə görüşüb

Ağdaşda ənənə və innovasiya bir araya gələcək - Heyva festivalına sayılı günlər qaldı

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

BÜTÜN XƏBƏRLƏR