Bakı Beynəlxalq İncəsənət Festivalının təntənəli açılış mərasimi keçirilib

Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF-2026) təntənəli açılış mərasimi keçirilib. Festivalın açılış konserti “Dmitri Şostakoviçə ithaf” adı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunub.

Tədbirdə dirijor Dmitri Sitkovetski, pianoçu Lukas Genyuşas, truba ifaçısı Tine Tin Helset, Qara Qarayev adına Azərbaycan Dövlət Orkestri və BIAF orkestri iştirak ediblər.

Konsert proqramında Azərbaycanın və xarici ölkələrin görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

Tanınmış skripkaçı Dmitri Sitkovetski jurnalistlərlə söhbətində BIAF-2026-da iştirak etməkdən çox məmnun olduğunu bildirib.

“Əziz bakılı dostlarım üçün əlamətdar gündür. Bu gün II Bakı Beynəlxalq İncəsənət Festivalının açılışı baş tutur. Proqrama dahi Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş konsertlə başlayırıq. Mən Şostakoviçin yaşadığı dövrdə Moskvada böyümüşəm. Onun Bakı ilə çox gözəl əlaqələri olub. Bu il festival çox gözəl keçəcək. Burada möhtəşəm beynəlxalq kollektivlər toplaşıblar”, – deyə o vurğulayıb.

İkinci Bakı Beynəlxalq İncəsənət Festivalı paytaxtda oktyabrın 28-dən noyabrın 8-dək keçirilir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan BIAF-ın proqramına konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, incəsənət xadimləri ilə görüşlər və ustad dərsləri ilə yanaşı, 20-dən çox tədbir daxildir.

Festivalda Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən olan sənətçilər və yaradıcı kollektivlər iştirak edirlər. Proqramın mühüm özəlliklərindən biri xarici ifaçıların azərbaycanlı sənətçilər, ansambllar və təhsil müəssisələri ilə əməkdaşlıq etməsidir. Müasir beynəlxalq və çoxjanrlı mədəniyyət platforması olan BIAF Bakıda müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirməyi qarşısına məqsəd qoyur.

SON XƏBƏRLƏR

Hacı Vəliyevin cəzası azaldıldı

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Bakı Beynəlxalq İncəsənət Festivalının təntənəli açılış mərasimi keçirilib

İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib

Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək

Müharibədən sülhə keçid: Azərbaycanın təcrübəsi və beynəlxalq hüququn əhəmiyyəti

Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi

Cümhuriyyətə aparan tarixi yol - Türkiyə Cümhuriyyəti 103 yaşında

Polis Akademiyasının kursantları Zəfər Parkı və Zəfər Muzeyini ziyarət ediblər

Nurlan Ordubadlı təltif edilib

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Prezidentdən MÜHÜM FƏRMAN

“Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Ruandalı nazir ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub

“CHELEBI” BIAF-da Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib

Prezident İlham Əliyev Petr Paveli təbrik edib

BÜTÜN XƏBƏRLƏR