
Reklam
29 Oktyabr 2026, 10:43
12
Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək
Sabah - oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.
Toplantının gündəliyinə "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında" məsələ daxil edilib.
Qeyd edək ki, Ombudsman Azərbaycan Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir.
Xatırladaq ki, hazırda İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyevadır. Onun 7 illik səlahiyyət müddəti noyabrın 29-da başa çatır.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





