İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır.
Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur.

Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir.

Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib.

Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.

SON XƏBƏRLƏR

“CHELEBI” BIAF-da Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib

Prezident İlham Əliyev Petr Paveli təbrik edib

İlham Əliyev onlara müraciət ünvanladı

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Agentlikdə bir qrup müharibə iştirakçısı ilə görüş keçirildi

Rəşad Əhmədzadə işçisini məhkəməyə verdi - Videomüraciət yaymışdı

AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib

İCMA üzvləri ilə DMA arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 8000 MANAT

Prezident və ailə üzvləri sərgi ilə tanış oldu

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Müstəntiqlikdən nazir müavini vəzifəsinə... - Dosye

Penitensiar xidmətə yeni rəis təyin edildi

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

Bakıda 200 -dən çox xanım idmançının iştirakı ilə karate seminarı keçirilib -

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib

Hikmət Hacıyev: Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb

BÜTÜN XƏBƏRLƏR