
Reklam
23 Oktyabr 2026, 15:14
14
Fərhad Xəlilov: "İstiqlal" ordenini alacağımı heç fikirləşməzdim
Xalq rəssamı Fərhad Xəlilov "İstiqlal" ordeninin şəkilini hazırlayarkən nə vaxtsa bu ordenlə təltif olunacağını düşünmədiyini bildirib.
Gazette.az xəbər verir ki, o, bunu Prezident İlham Əliyevin ona "İstiqlal" ordenini təqdim edərkən deyib.
"Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam.", – Fərhad Xəlilov vurğulayıb.
Prezident İlham Əliyev isə cavabında bildirib: "Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz".
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





