“CHELEBI” BIAF-da Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində müasir xoreoqrafiyanın seçilən nümayəndələrindən biri olan Şaron Eyalın “Studiyada” adlı açıq məşqi keçiriləcək.
 
Tədbir Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə oktyabrın 28-dən noyabrın 8-dək keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) paralel proqramına daxildir.
 
Festivalın rəsmi tərəfdaşı olan “CHELEBI” müasir mədəniyyətlə əlaqələrini genişləndirir, bədii eksperimentləri və müxtəlif sahələr arasında yaradıcılıq mübadiləsini dəstəkləyir. Azərbaycan mədəni irsinə söykənən brend beynəlxalq sənətkarlar və mədəniyyət qurumları ilə əməkdaşlığı öz yaradıcı kimliyinin inkişafında mühüm istiqamət hesab edir.
 
“Studiyada” tamaşaçılara səhnə əsərinin yaradılma prosesini izləmək üçün xüsusi imkan yaradır. Proqram 20 dəqiqəlik sənədli filmlə başlayacaq. Ardınca Eloiz Jokviyel, Daren Devani, Conni MakMillan və Xuan Xil ilə 30 dəqiqəlik canlı təqdimat olacaq. Rəqqaslar üç parça ifa edəcəklər: “Kristina” (Christina), “Tüklü aləmə doğru” (Into the Hairy) əsərindən ilhamlanan duet və “Kədəri təxirə salmaq” (Delay the Sadness) tamaşasından bir parça. Proqram Şaron Eyal və rəqqaslarla açıq söhbətlə yekunlaşacaq.
 
Rəssam Aida Mahmudova tərəfindən 2013-cü ildə təsis edilən “CHELEBI” Azərbaycan dizayn brendidir. Brend mədəni irsi müasir mebel, əşyalar və bədii əməkdaşlıqlar vasitəsilə yenidən şərh edir. Yerli sənətkarlar və beynəlxalq dizaynerlərlə çalışan “CHELEBI” ənənəvi sənətkarlığı müasir kontekstdə təqdim edir. Brend, həmçinin Azərbaycanın yaradıcı irsi ilə beynəlxalq mədəniyyət mühiti arasında əlaqə quraraq mədəni mübadiləni təşviq edir.
 
Xoreoqrafiya, musiqi və vizual ifadəni bir araya gətirən Şaron Eyalın yaradıcılığı “CHELEBI”nin müxtəlif sənət sahələri arasındakı əlaqəyə marağı ilə səsləşir. Tərəfdaşlıq yaradıcılıq azadlığına və yeni ifadə formalarının araşdırılmasına verilən ortaq dəyəri əks etdirir.
 
“Rəssam kimi məni həmişə yaradıcılıq prosesi — əsər son formasını almamışdan əvvəl onu formalaşdıran eksperiment, intuisiya və dialoq maraqlandırıb. Şaron Eyalın yaradıcılığı bu azadlığın parlaq nümunəsidir. “CHELEBI” olaraq Bakı tamaşaçılarına bu prosesi yaxından yaşamaq imkanı yaratmağa dəstək verməkdən məmnunuq”, — deyə “CHELEBI”nin təsisçisi Aida Mahmudova bildirib.
 
Şaron Eyal bədən hərəkətinin gücünü, ritmi, musiqini və təsirli vizual duyumu özünəməxsus üslubda birləşdirən, beynəlxalq səviyyədə tanınmış xoreoqrafdır. O, 2013-cü ildə uzunmüddətli yaradıcılıq tərəfdaşı Gai Behar ilə birlikdə “S-E-D” şirkətini təsis edib. 2022-ci ildə duet Parisə köçərək yaradıcılıq fəaliyyətinin yeni mərkəzini orada qurub. Eyal şirkətin repertuarı ilə yanaşı, dünyanın aparıcı rəqs kollektivləri üçün də əsərlər yaradıb və müasir xoreoqrafiyanın əsas simalarından birinə çevrilib.
 
Şaron Eyalın “Studiyada” adlı açıq məşqi noyabrın 1-də saat 13:00 Heydər Əliyev Mərkəzində təşkil olunacaq. İngilis dilində aparılacaq məşqin müddəti 60 dəqiqədir.
 
Biletlər və əlavə məlumat BIAF-ın rəsmi internet səhifəsində təqdim olunur.

SON XƏBƏRLƏR

Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Ruandalı nazir ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub

“CHELEBI” BIAF-da Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib

Prezident İlham Əliyev Petr Paveli təbrik edib

İlham Əliyev onlara müraciət ünvanladı

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Agentlikdə bir qrup müharibə iştirakçısı ilə görüş keçirildi

Rəşad Əhmədzadə işçisini məhkəməyə verdi - Videomüraciət yaymışdı

AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib

İCMA üzvləri ilə DMA arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 8000 MANAT

Prezident və ailə üzvləri sərgi ilə tanış oldu

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Müstəntiqlikdən nazir müavini vəzifəsinə... - Dosye

Penitensiar xidmətə yeni rəis təyin edildi

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

Bakıda 200 -dən çox xanım idmançının iştirakı ilə karate seminarı keçirilib -

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

BÜTÜN XƏBƏRLƏR